4 yaşlı uşağı maşın vurub

4 yaşlı uşağı maşın vurub
  21 İyun 2013    Oxunub:1123
Daşkəsən rayon sakini avtomobili ilə Gəncədə 4 yaşlı qızı vurub.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, 2009-cu il təvəllüdlü Şəmkir rayon Təzəkənd kənd sakini Mələk Zeynalova ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Hazırda onun səhhətinin orta ağır olduğu bildirilir.

M. Zeynalovanı Daşkəsən rayon sakini, 1984-cü il təvəllüdlü Taleh Alıyev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə vurub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(apa)


Teqlər:





Xəbər lenti