Toğrul Nərimanbəyov Fransada dəfn olunacaq

Toğrul Nərimanbəyov Fransada dəfn olunacaq
  21 İyun 2013    Oxunub:1737
Azərbaycanın xalq rəssamı, mərhum Toğrul Nərimanbəyovun Fransada dəfn olunması barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova məlumat verib.

O bildirib ki, Fransa məhkəməsinin Toğrul Nərimanbəyovun Fransada dəfn olunmasına dair qərarı qüvvədə qalıb:

“Dəfn mərasimi iyunun 26-sı ya da 27-də keçiriləcək. Toğrul əsl müsəlman idi və müsəlman adətinə uyğun olaraq dəfn olunacaq”.

Xatırladaq ki, Toğrul Nərimanbəyov iyunun 2-də Parisdə vəfat edib. Onun qızı və həyat yoldaşı arasındakı mübahisə səbəbindən rəssamın dəfni gecikir. (ans)


Teqlər:





Xəbər lenti