İlham Əliyev prezident seçkilərindən danışıb

İlham Əliyev prezident seçkilərindən danışıb
  21 İyun 2013    Oxunub:1253
"Azərbaycan demokratik inkişaf, insan hüquq və azadlıqları üzrə bütün öhdəliklərini yerinə yetirir".
“Azərbaycan xalqının iradəsi qarşıdakı prezident seçkilərinin nəticələrində tamamilə əks olunacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Brüsseldə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə hökuməti bunu təmin etmək üçün hər şey edəcək.

İlham Əliyev vurğulayıb: "Azərbaycan Avropadan, Avropa institutlarından beynəlxalq müşahidəçilər dəvət edəcək və bütün namizədlərin öz proqramlarını Azərbaycan xalqına təqdim etməsi üçün hər cür zəruri şərait yaradacaq".

Eyni zamanda, dövlət başçısı bildirib ki, prezident seçkilərinə çox vaxt qalıb və seçki kampaniyaları hələ başlamayıb.

Xatırladaq ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsi bu ilin payızına nəzərdə tutulub.

Jurnalistlərin suallarını cavablandıran İlham Əliyev vurğulayıb ki, Azərbaycanda siyasi məhbus yoxdur və heç kim siyasi motivlərə görə həbs olunmur:

"Mətbuat azadlığı da təmin olunub. Bizdə azad internet də var və Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıq təşkil edir. Senzura yoxdur. Bütün siyasi partiyalar azad şəkildə fəaliyyət göstərir". Dövlət başçısının sözlərinə görə, 10 ildən çoxdur ki, Azərbaycan Avropa Şurasının üzvüdür və gələn il Azərbaycan bu əhəmiyyətli qurumda sədrlik edəcək:

"Azərbaycan demokratik inkişaf, insan hüquq və azadlıqları üzrə bütün öhdəliklərini yerinə yetirir".


Teqlər:  





Xəbər lenti