Millət vəkilləri AŞPA-nın iclasında iştirak edəcəklər

Millət vəkilləri AŞPA-nın iclasında iştirak edəcəklər
  22 İyun 2013    Oxunub:1173
İyunun 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcək
. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildir.

Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Bolqarıstanda keçirilmiş parlament seçkilərinin nəticələri, Orta Şərqdə mövcud vəziyyət, Macarıstana münasibətdə monitorinq proseduruna başlanması təklifinin müzakirəsi, korrupsiya ilə mübarizə, bərabər tibbi xidmət hüququ, Makedoniya ilə monitorinq sonrası dialoq, siyasi və cinayət məsuliyyətinin fərqləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.


Teqlər:





Xəbər lenti