Səhiyyə Nazirliyi sənəd qəbuluna başlayıb

Səhiyyə Nazirliyi  sənəd qəbuluna başlayıb
  24 İyun 2013    Oxunub:1282
Səhiyyə Nazirliyi özəl tibb xidmətləri və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı haqqında elan verib.
AzvVsion.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərmanına əsasən, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklam edilməsinə rəy verilməsi ilə bağlı sənədlərin qəbulu başlayıb. Sənədlərin qəbulu hər həftənin III günü, saat 10:00 -13:00 həyata keçirilir.

Təqdim olunacaq sənədlərin siyahısı və digər məlumatlarla daha ətraflı Səhiyyə Nazirliyinin www.health.gov.az rəsmi internet səhifəsindəki “Səhiyyədə özəl sektor” bölməsində tanış olmaq olar. Məlumat üçün əlaqə nömrəsi: (012) 565 12 07


AzVision.az



Teqlər:  





Xəbər lenti