Avropa Şurasında “Qızıl balıq diplomatiyası”

Avropa Şurasında “Qızıl balıq diplomatiyası”
  24 İyun 2013    Oxunub:2047
İyunun 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyun sessiyası öz işinə başlayır. Bir neçə gün əvvəl Azərbaycan KİV-ində “İnsan hüquqları” İctimai birliyinin ekspertləri tərəfindən hazırlanan “Qızıl balıq diplomatiyası”nın hesabatı açıqlanıb.
Hesabat https://azvision.az/redirect.php?url=http://salmondiplomacy.com/en saytında yerləşdirilib. “İnsan hüquqları” İctimai birliyinin nümayəndələri hesabatı AŞPA deputatları arasında yayacaqlar.

Xatırladaq ki, “Qızıl balıq diplomatiyası” hesabatı, bütün təbliğat qüvvəsini Azərbaycana qarşı yönəltmiş beynəlxalq Qeyri-Hökumət Təşkilatının (QHT) lobbi fəaliyyətini ifşa edib. QHT koalisiyası ona verilmiş mandatı kobud şəkildə pozaraq Avropa ictimaiyyətində Azərbaycanı beynəlxalq öhdəliyinə məhəl qoymayan və qeyri-məhdud maliyyə imkanları ilə Avropa Şurası kimi təşkilatda kritik səs-küyə səbəb olan korrupsiya dövləti kimi təqdim etməyə çalışıb. “Qızıl balıq diplomatiyası” hesabatının müəllifləri Azərbaycanda müşahidə edilən siyasi xarakterli problemləri heç bir halda inkar etmədən, Avropa institutlarında Azərbaycana qarşı təşkil edilən kampaniyaların təşkilatçıların və icraçıların başçılıq etdiyi seçki və ikili standartları ittiham edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti