“ASAN xidmət” sualları cavablandırıb

“ASAN xidmət” sualları cavablandırıb
  24 İyun 2013    Oxunub:2225
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Facebook" səhifəsində vətəndaşların suallarını cavablandırıb.

AzVision.az xəbər verir ki, agentliyin rəhbərliyi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinə işə qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibə yolu ilə həyata keçirilir.

Bununla maraqlanan vətəndaşlara mütəmadi olaraq dqmk.gov.az internet səhifəsini izləmələri tövsiyə olunub. Könüllü qismində fəaliyyət göstərmək istəyənlər isə CV-lərini [email protected] mail ünvanına Mövzu bölməsində Könüllü sözünü qeyd etməklə göndərə bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların davamı olaraq yaradılan "ASAN Xidmət" mərkəzləri ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir və idarəetmədə yeni yanaşma və metodlar tətbiq edir.

ASAN Xidmət mərkəzləri öz fəaliyyətini operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurmaqla, mümkün korrupsiya və burokratik əngəllərin qarşısını alır.


Teqlər:  





Xəbər lenti