İsmət Abbasov vətəndaşları qəbul edəcək

 İsmət Abbasov vətəndaşları qəbul edəcək
  24 İyun 2013    Oxunub:1489
Kənd Təsərrüfatı naziri İsmət Abasov Lənkəran rayonunda vətəndaşlarla görüşəcək.
Nazirlikdən verilən məlumata görə, görüş iyunun 28-də saat 11:00-da Lənkəran Regional Aqrar Elm Mərkəzinin inzibati binasında keçiriləcək. Görüşdə Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti