Hərbi parada görə Bakıda hərəkət məhdudlaşdırılır

Hərbi parada görə Bakıda hərəkət məhdudlaşdırılır
  24 İyun 2013    Oxunub:1381
Bu gün paytaxtın Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində bütün kəsişən küçə və yollardan avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamətləri dəyişdiriləcək.
Bu barədə bildirən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, həmçinin hərbi parada hazırlıq məqsədilə təlim-məşqlərin keçirilməsi ilə əlaqədar bu gün Bakının Azadlıq meydanı və Neftçilər prospekti ilə kəsişən bütün küçə və yollardan avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

“Əhalidən və avtomobil sürücülərindən xahiş olunur ki, bunları nəzərə alaraq yollarda sıxlıq, tıxac yaranmaması, qəzaların baş verməməsi üçün ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər və ya bu istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməsinlər".

Qeyd edək ki, bu gün Bakıda 26 iyun -Silahlı Qüvvələr Günü keçiriləcək hərbi parada hazırlıq məqsədilə irimiqyaslı təlim-məşqlər olacaq.



Teqlər:  





Xəbər lenti