Obama məşhur fincanı ilə Putinin görüşündə - FOTO

Obama məşhur fincanı ilə Putinin görüşündə - FOTO
  17 Noyabr 2015    Oxunub:4610
Türkiyənin Antalya şəhərində keçirilən G 20 sammitinin ikinci günündə maraqlı anlar yaşanıb.
AzVision.az xəbər verir ki, sammitdə fasilə ərəfəsində ABŞ prezidenti Barak Obama ilə rusiyalı həmkarı Vladimir Putinin səmimi söhbəti fotoqrafların diqqətindən qaçmayıb.

Əlində qəhvə fincanı ilə Putinlə söhbət edən Obamanın bu görüntüsü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Prezidentlərin səmimi fotosu günə damğasını vurub.

Türk KİV-lərinin yaydığı məlumata görə, ABŞ prezidenti 2013-cü ildə Rusiyada keçirilən G 20 sammitinə də bu fincanla qatılıbmış.

AzVision.az


Teqlər:





Xəbər lenti