Qeyri-adi ixtiralar: Səhvən milyonçu oldular

Qeyri-adi ixtiralar: Səhvən milyonçu oldular
  20 Noyabr 2015    Oxunub:13644
Gündəlik həyatımızda istifadə etdiyimiz əşyaların kim tərəfindən və necə ixtira edildiyini bilirsinizmi?

Yəqin ki, çoxunuz bu barədə məlumatlı deyilsiniz. Ancaq elə ixtiralar var ki, təsadüfən və ya səhvən baş verib.

AzVision.az səhvən ixtira olunan, ancaq həyatımızda əhəmiyyətli yer tutan ixtiralar və ixtiraçılar haqda maraqlı araşdırmanı təqdim edir:

Nyu-Yorklu kimyaçı Robert Çezbrou



1859-ci ildə Pensilvaniyada yeni tapılan neft quyularına gedən Çezbrou bu zaman bir maddənin işçilərin ayaqlarına yapışdığını görüb. Parafinə bənzəyən maddə iş zamanı nasoslarda problem yaratsa da, işçilərin ayaqlarındakı kəsik və yaralara sürtülın sağalmasına kömək olurdu. Çezbrou bu qəribə maddəni qablara dolduraraq Nyu-Yorka aparıb. Üstündə aylarla çalışaraq neftdən ayırdığı maddənin bədəndəki yaraları yaxşılaşdırdığını gördükdən sonra həmin yağı 1870-ci ildə “Vazeline” adı ilə satışa çıxarıb.

Frank Epporson



1905-ci ildə Frank Epporson adlı bir uşaq su və soda dolu bir qarışığı şüşə çubuğun içərisində saxlayır və özü də bilmədən çubuqlu dondurulmuş şəkəri icad edir. İxtiraçı “Eppicles” adını verdiyi ilk dondurulmuş limonad çubuqlarını 1923-cü ildə hazırlayıb.

Harri Kuver



Hər kəsin istifadə etdiyi yapışqan mayelərin icadı olduqca maraqlıdır. Amerikalı kimyaçı Harri Kuver “cyanoacrylate” adlı plastik tapanca hazırlamağa çalışıb. Amma buna nail ola bilmir.
O, özü də bilmədən plastik tapanca yerinə səhvən maye yapışqan ixtira edib.

Uiliam Henri Perkin



İngilis kimyaçı Henri Perkin ilk sintetik kimyəvi boya olan “mauveine”ni tapdığı zaman 18 yaşında idi. Perkin hərarəti aşağı salmaq üçün dərman hazırlamağa çalışarkən səhvən sintetik kimyəvi boyanı ixtira edib.

Roy Plunket



Tefelon: 1938-ci ildə Roy Plunket tərəfindən təsadüfən ixtira edilib. O, plunket toksit olmayan soyuducu qaz əldə etməyə çalışıb və bir balon dolusu tetrafloroetilen qazı hazırlayıb. Onun köməkçisi Cek Rebok balonun qapağını açdığı zaman içində qaz olmadığını görüb və balonu mişarla iki yerə ayırıb. Bu zaman balonun divarlarında qeyri-adi xüsusiyyətə malik yağlı və ağ rəndli bir toz aşkarlayıb. Daha sonra bu tozdan istilik və ya elektrikdən təsirlənməyən, cızılmayan politetrafloroetilen (qısaca PTEF) adlı bir polimer hazırlanıb.

Artur Fray



Arxası yapışqanlı kağızı ixtira etmək Artur Frayın ağlına kilsədə xor oxuyarkən gəlib. Fray ilahi kitabının səhifələrini işarələmək üçün istifadə etdiyi kağız parçaları kitabın arasından düşürmüş və o, işarələdiyi səhifəni itirirmiş. Buna görə Fray yapışqanı bir kağız parçasına sürtərək kitabda istədiyi səhifələri işarələmək qərarına gəlib. Beləliklə də, o qeyd yazmaq üçün istifadə etdiyimiz yapışqanlı kağızı ixtira edib.

Persi Spenser



Mikrodalğalı soba ilk dəfə Persi Spenser tərəfindən 1945-ci ildə ixtira edilib. Spenser radar dalğaları ilə təcrübə apararkən birdən cibindəki şokolad əriyir. Bu zaman alim mikrodalğa enerjisi ilə yeməklərin isinəbiləcəyini kəşf edir. 1947-ci ildə bu kəşfinin patentini alır və 1,8 metr hündürlüyündə 340 kq ağırlığında olan ilk mikrodalğalı sobanı hazırlayır.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti