Facebook şəxsi yazışmaları oxuyur

Facebook şəxsi yazışmaları oxuyur
  19 İyul 2013    Oxunub:1278
İstifadəçi parollarına sahib olan Facebook əməkdaşları yazışmaları oxuyur.
Mark Zukerberqin çıxışlarını yazmaqla məşğul olan “Facebook”un keçmiş əməkdaşı Ketrin Loss sosial şəbəkə əməkdaşlarının istifadəçilərin şəxsi məlumatlarına, o cümlədən parollarına sahib olduqlarını və bununla da istənilən yazışmanı oxuduqlarını iddia edib.

Lossun sözlərinə görə, hələ 2005-ci ildə o, “Facebook”da işə başlayanda əməkdaşların istənilən şəxsin adından sistemə daxil olmaq, onun yazışma və şəxsi informasiyalarını oxumaq imkanı yaradan “superparollar”a malik olublar. Bu parollardan istifadəçilərin problemini həll etmək və lazımi tənzimlənməni həyata keçirmək üçün istifadə edilib. Keçmiş əməkdaşın fikrincə, bu, startaplar (yeni fəaliyyətə başlayan şirkətlər) arasında geniş yayılmış üsullardandır.

Qeyd edək ki, bir müddət öncə Loss Zukerberqi tiran və despot rəhbər kimi təsvir etdiyi kitabı ilə gündəmə gəlmişdi.
İstifadəçilərin bir çoxunun “Facebook” parolundan digər sosial şəbəkə və saytlarda da istifadə etdiyini nəzərə alsaq, bu, təhlükəsizlik baxımından böyük təhlükədir.

Loss qeyd edib ki, daha sonra “Facebook” hesabların idarəsi üçün daha təhlükəsiz üsullardan istifadə etməyə başlayıb. Belə ki, hazırda istifadəçilərin yalnız iki qrup “Facebook” əməkdaşlarının şəxsi məlumatlara çıxış imkanı var. Bunlar istifadəçilərin şikayətlərinə baxan dəstək və təhqir, təhdid hallarının araşdırılması ilə məşğul olan təhlükəsizlik xidmətləridir.



Teqlər:  





Xəbər lenti