Suriya silahlarını Türkiyəyə çevirdi

Suriya silahlarını Türkiyəyə çevirdi
  20 İyul 2013    Oxunub:1765
4 türk əsgəri yaralanıb
Suriya ilə sərhəddə reyd keçirən Türkiyə Silahlı Qüvvələrinin (TSK) əsgərləri qarşı tərəfin silahlı hücumuna məruz qalıblar. Yerli mətbuatın xəbərinə görə, hadisə Hatay vilayətinin Altınözü rayonunda baş verib. Məlumata görə, sərhəd nəzarət-buraxılış məntəqəsinə bağlı hərbçilər reyd keçirərkən Suriya tərəfdən onların üzərinə atəş açılıb. Baş vermiş hücum nəticəsində 1 çavuş və 2 siravi əsgər güllə ilə yaralanıb, daha bir əsgərin isə yıxılaraq qolu sınıb.

Yaralı əsgərlər yaxınlıqda olan xəstəxanalara çatdırılıblar və onların vəziyyəti qənaətbəxşdir.

Suriya tərəfdən atəş açanlar isə TSK-nın cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti