Sərkisyan özününkülərə etibar etmir

Sərkisyan özününkülərə etibar etmir
  20 İyul 2013    Oxunub:1835
O, almanları seçib.
Ermənistanın baş naziri Tiqran Sarkisyan öz ölkəsinin həkimlərinə etibar etmir. Bu barədə erməni mətbuatı yazır.

Xatırladaq ki, bur müddət əvvəl Tiqran Sərkisyanın yoluxucu xəstəliyə tutulduğu və onun təcili olaraq Ermənistandakı Nairi xəstəxanasına yerləşdirildiyi bildirilmişdi

Lakin belə görünür ki, erməni həkimlər onun xəstəliyindən baş aça bilməyiblər. Odur ki, baş nazir sağlamlığını erməni həkimlərinə etibar etməyərək xaricə üz tutb.

Üç həftəlik məzuniyyət götürən Sərkisyan harada olmasını gizlətsə də, jurnalistlər onun izinə düşüb və onun Almaniya klinikalarından birində müayinə olduğunu müəyyən edib.

Məlumat görə, yalnız baş nazir deyil, ölkə prezidentindən tutmuş orta və aşağı çinli məmurlara qədər hakim partiyanın hər bir üzvü xəstələnən kimi Avropa klinikalarına üz tutur. Amma burada haqlı sual doğur: Görəsən, aşağı maaşlı erməni məmurlar bahalı Avropa klinikalarında hansı pullarla müalicə olunur?

AzVision.az



Teqlər:  





Xəbər lenti