Kibercinayətkarlıq artır

Kibercinayətkarlıq artır
  24 İyul 2013    Oxunub:2236
Kibernetik cinayətlər dünya iqtisadiyyatına hər il 500 milyard dollar ziyan vurur
“The Wall Street Journal Europe” qəzetinin verdiyi məlumata görə, ABŞ iqtisadiyyatı kibernetik cinayətlər üzündən hər il 100 milyard dollar itirir.

Qəzet bu məlumatı Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin və elektron şəbəkələrin müdafiəsi məsələləri ilə məşğul olan “McAfee” şirkətinin birgə təhlilinin nəticələrinə istinadla yayıb.

Kibernetik cinayətlərin, o cümlədən sənaye sirlərinin oğurlanmasının iqtisadiyyata mənfi təsirinin nəticələrdən biri də işsizlikdir. Qəzet yazır: “Aparılmış hesablamalara görə, ABŞ bu səbəbdən hər il 508 min iş yeri itirir.

Nəşrdə vurğulanır ki, kibercinayətkarların əməlləri üzündən bütövlükdə dünya iqtisadiyyatı hər il 500 milyard dollara qədər itirir.


Teqlər:





Xəbər lenti