Təhsil Nazirliyindən daha bir yenilik

Təhsil Nazirliyindən daha bir yenilik
  25 İyul 2013    Oxunub:1499
Təhsil Nazirliyi aidiyyəti təşkilatlarla birlikdə psixoloji xidmət haqqında əsasnamənin hazırlanması üzərində iş aparır. AzVision.az xəbər verir ki, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, institusional xarakterli və digər məsələlərə əsasnamənin təsdiqindən sonra baxılacaq.

Məktəblərin təmir və tikintisi ilə bağlı suallar cavablandırılarkən qeyd olunub ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda 212 nömrəli orta məktəbin təmir işləri və 21 əlavə sinif otağının tikintisi nəzərdə tutulub. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda 157 nömrəli orta məktəbin təmiri və 160 şagird yerlik 8 əlavə sinif otağının tikintisi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti