Qadın şahmatçılarımız qələbə qazandılar

Qadın şahmatçılarımız qələbə qazandılar
  01 Avqust 2013    Oxunub:1465
Avropa Çempionatında 7-cı turun oyunları başa çatıb
Serbiyanın paytaxtı Belqradda şahmat üzrə qadınlar arasında 14-cü şəxsi Avropa Çempiontında 7-cı turun oyunları başa çatıb.

AzVision.az Şahmat Federasiyasına istinadən xəbər verir ki, 7-cı tur təmsilçilərimiz üçün məğlubiyyətsiz başa çatıb.

6 zəka sahibi - Gülnar Məmmədova - Nino Batsiaşvili (Gürcüstan), Nərmin Kazımova - Laura Rogule (Latviya), Türkan Məmmədyarova - Ana Gavaşeli (Gürcüstan), Zeynəb Məmmədyarova - Daiva Batite (Litva), Səbinə İbrahimova - Teodora İnyaj (Serbiya),Nərmin Xələfova - Maya Milanovic (Serbiya) üzərində qələbə qazanıb.

2 nəfər - Nərgiz Umudova İspaniya şahmatçısı Belinda Vega Gutierez, Xəyalə Abdulla isə İtaliya şahmatçısı Tea Gueci ilə heç-heçə edib.

Beləliklə, Gülnar Məmmədova 5 xalla 10-19-cu yerləri bölüşdürür. Nərmin Kazımova və Türkan Məmmədyarova 4 xal, Nərgiz Umudova, Xəyalə Abdulla, Zeynəb Məmmədyarova və Səbinə İbrahimova 3.5 xal, Nərmin Xələfova isə aktivinə 2.5 xal yazıb.

Çempionat isvecrə sistemi üzrə 11 turdan ibarət olaraq keçirilir və avqustun 03-də başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti