Pakistanda bayram namazında qətliam törədilib

Pakistanda  bayram namazında qətliam törədilib
  10 Avqust 2013    Oxunub:1401
Pakistanın Kvetta şəhərində bayram namazını qılmaq üçün məscidə toplaşan sakinlər, ibadətə başlayan kimi terrorçuların silahlı hücumuna məruz qalıb.

Məscidə daxil olan naməlum silahlılar, namaz qılan müsəlmanlara güllə yağdırıb. İlkin məlumatlara görə, qanlı hücumda azı 9 nəfər həlak olub, 16 nəfər yaralanıb. Yaxınlıqdakı xəstəxanalara yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti