Ruslar işğal etdikləri Uqledarda Qərb silahlarını ələ keçiriblər

 Ruslar işğal etdikləri Uqledarda Qərb silahlarını ələ keçiriblər
  05 Oktyabr 2024    Oxunub:425
Rusiya qoşunları tərəfindən işğal edilən Uqledarda Qərb istehsalı olan hərbi texnika və silah nümunələri aşkarlanıb.
Bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Ukraynaya atdığı mərmilərin yarısını KXDR-dən alır - "The Times"
Qeyd edilib ki, xüsusilə, söhbət Polşanın səssiz minaatanlarından, Amerika və Türkiyənin avtomatik qumbaraatanlarından və digər atıcı silahlardan gedir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Uqledar isə oktyabrın 3-də işğal olunub. Qəsəbə müharibənin ilk günlərindən ukraynalıların əlində idi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti