Bakıda avtobusların hərəkət istiqaməti dəyişdirildi

Bakıda avtobusların hərəkət istiqaməti dəyişdirildi
  05 Oktyabr 2024    Oxunub:353
Bu gündən etibarən Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər) təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
AzVision.az xəbər verir ki, məhdudiyyətlə bağlı 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti