Horovluda 867 ailənin yaşaması nəzərdə tutulub

   Horovluda 867 ailənin yaşaması nəzərdə tutulub
  05 Oktyabr 2024    Oxunub:1107
Cəbrayıl rayonunun Horovlu kəndini layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfər olmaqla, 867 ailənin yaşaması nəzərdə tutulub.
Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib. Onun sözlərinə görə, birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi planlaşdırılır və artıq 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda fasad və interyer işləri görülür.

"İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir. Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib".

AzVision.az


Teqlər:





Xəbər lenti