Niger rəsmisi 1 saylı Bakı DOST Mərkəzində

Niger rəsmisi 1 saylı Bakı DOST Mərkəzində
  05 Oktyabr 2024    Oxunub:964
Ölkəmizdə səfərdə olan “URGENCES PANAFRICANISTES” QHT-nin rəhbəri, Niger dövlət başçısının xüsusi müşaviri, jurnalist Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub.
Bu barədə AzVision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyasının innovativ üstünlükləri və uğurları barədə qonağa məlumat verib.

Görüşdə Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST Mərkəzinin, 1 DOST filialı və 1 “Smart DOST” məntəqəsinin açıldığı bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında sosial sahələr üzrə 160 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb. DOST Agentliyinin beynəlxalq uğurları da qeyd olunub.

K.Seba mərkəzdəki xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi ilə tanış olub. Daha sonra DOST konsepsiyasına dair təqdimat edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti