Misirdə etiraz nümayişləri davam edir

Misirdə etiraz nümayişləri davam edir
  13 Avqust 2013    Oxunub:1320
Aksiyaçılar hərbçilərin xəbərdarlığından sonra iki düşərgə salıblar.
Misirin devrilmiş prezidenti Mohammad Morsinin tərəfdarları paytaxt Qahirənin mərkəzində oturaq aksiyanı davam etdirirlər.

Təhlükəsialik qüvvələri aksiyaçıların çoxalmasına imkan verməmək üçün ərazini mühasirəyə alıblar. Daxili İşlər nazirliyi istənilən toqquşmaya hazır olduğunu xəbərdarlıq edib. Morsinin təmsil olunduğu Müsəlman qardaşları hərəkati isə bunun əks nəticə verəcəyini deyib.

Morsi iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb.Hərbçilər onu səlahiyyətlərini aşmaqda ittiham edir.

Həmin gündən bu yana ölkədə baş verən toqquşmalarda 250-dən çox adam ölüb.


Teqlər:





Xəbər lenti