AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində 12-si suriyalı olmaqla 15 şübhəli barəsində həbs qərarı çıxarılıb. Onların münaqişə zonaları ilə əlaqəsi olduğu, sosial şəbəkələr vasitəsilə təbliğat apardığı və terror təşkilatı üçün vəsait topladığı müəyyən edilib.
Polis qruplarının qeyd olunan ünvanlarda keçirdiyi əməliyyat zamanı 13 şübhəli saxlanılıb. Şübhəlilərin evlərində aparılan axtarış zamanı 1 milyon 361 min lirə, qızıl və rəqəmsal materiallar ələ keçirilib.
Xatırladaq ki, bir həftə əvvəl Türkiyədə və Avropanın dörd ölkəsində mütəşəkkil cinayətkarlığa qarşı keçirilən birgə genişmiqyaslı əməliyyatlar çərçivəsində ümumilikdə 234 adam saxlanılıb.
Sahil İsgəndərov
AzVision.az