Suirya ABŞ-nin xəbərdarlığını nəzərə alıb

   Suirya ABŞ-nin xəbərdarlığını nəzərə alıb
  22 Aprel 2025    Oxunub:348
Suriya hakimiyyəti mümkün terror hücumları ilə bağlı ABŞ-nin xəbərdarlığından sonra Dəməşq və ölkənin digər bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
AzVision.az xəbər verir ki, məlumatlı mənbəyə istinad edən Rusiya mediasının yazdığına görə, Suriya hakimiyyəti ABŞ Dövlət departamentindən yaxın günlərdə baş verə biləcək terror aktları və təxribatlarla bağlı məlumatları son dərəcə ciddi qəbul edib. Bununla bağlı təhlükəsizlik qüvvələrinə və Müdafiə nazirliyinə təhdidlərin qarşısının alınması üçün tədbirlərin operativ şəkildə həyata keçirilməsi tapşırılıb.

ABŞ-nin Dövlət departamenti turistlərin diqqət mərkəzində olan və insanların sıx toplaşdığı yerlərin, o cümlədən ticarət mərkəzlərinin hücum riski səbəbindən hazırda Suriyaya səyahətin təhlükəli olduğu barədə amerikalılara xəbərdarlıq edib.

Daha əvvəl bildirilmişdi ki, Suriya sakinləri hakimiyyət orqanlarının vəsaitlərin çıxarılmasına məhdudiyyətlər qoyması fonunda yaranan nağd pul çatışmazlığı səbəbindən ciddi çətinliklər yaşayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Suriya   xəbərdarlıq  





Xəbər lenti