Rusiyada durğunluq başlayır

Rusiyada durğunluq başlayır
  14 Avqust 2013    Oxunub:1276
Rusiyada xidmət sektoru 2010-cu ildən bu yana ən aşağı səviyyəyə düşüb.
Ölkənin xidmət sektorunda Satınalma Menecerləri İndeksi (PMI-Purchasing Managers Indexes) iyul ayında 48.7 səviyyəsinə enib. Bu nisbət iyunda 48.8, may ayında isə 51.4 bal səviyyəsində idi.

Qeyd edək ki, PMI - özəl sektor şirkətlərinin vəziyyətini göstərən iqtisadi indikatordur. İndeks aylıq anketlərlə hesablanır və bu məqsədlə özəl sektor menecerlərilə görüşülür. 2008-ci ilin sonunda böhran başlayarkən PMİ indeksi 50 baldan aşağı düşmüşdü. Bu indeksdə baş verən geriləmə gələcəkdə yaşanacaq ciddi böhranın xəbərçisi ola bilər (inforex.az).


Teqlər:  





Xəbər lenti