Mustafa Hacıbəyli Milli Şuranın mitinqinə `2` verdi
AzVision.az M.Hacıbəylinin mitinqlə bağlı fikirlərini oxuculara təqdim edir.
”İbrahim İbrahimli mitinqdə Mirmahmud Mirəlioğlunu Mirmahmud Fəttayev kimi, Liberal Partiyani Liberal-demokrat Patriyasi kimi, KXCP-ni KAXCP kimi, Nərgiz Yaqublunu Nigar Yaqublu kimi təqdim etdi. Əvvəl Tural Abbaslının azadlığa çıxdığını dedi, sonra səhvini ona azadlıq tələb etməklə düzəltdi. Temperatarun 32 dərəcə olduğu halda, bunu da şişirdərək 40 dərəcə olduğunu deməyinin bizə hansı faydasının olduğunu deyə bilmərəm. Amma bəzən dostlarımızın aksiyada adi meqafonla yarada bildiyi coşqunu İbrahim İbrahimli mitinqin aparıcısı olaraq yüksək səsgücləndiricilərə qoşulan mikrofonla yarada bilmədi. Onun səsləndirdiyi şüar isə iştirakçıların dilinə yatmadı. İbrahim İbrahimlinin hər dəfə aparıcı olmağına təkid edən siyasətçiyə təklif edirəm ki, gələn dəfə ya Fuad Qəhrəmanlının, ya Asəf Quliyevin, ya Sahib Kərimlinin, ya da bir başqasının namizədliyinə təkid eləsin”-deyə Mustafa Hacıbəyli qeyd edib.
AzVision.az