ARDNF-in büdcəsi ilə bağlı sərəncam imzalandı

 ARDNF-in büdcəsi ilə bağlı sərəncam imzalandı
  30 Avqust 2013    Oxunub:1113
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2012-ci il büdcəsinin icrası ilə bağlı hesabatın təsdiq olunmasına dair sərəncam imzalayıb.
Hesabat Fondun Müşahidə Şurasının rəyi və ARDNF-in maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələri nəzərə alınmaqla təsdiq olunub.

Sərəncamda bildirilir ki, hesabat Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası gəlirlər 13 674 070,1 min manat, xərclər 10 573 605,8 min manat və ya Fondun 2012-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 99,7%, xərclər üzrə 98,4% səviyyəsində olmaqla təsdiq edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti