Səttar Mehbalıyevdən prezidentə şikayət

Səttar Mehbalıyevdən prezidentə şikayət
  30 Avqust 2013    Oxunub:1735
“Bir qrup Qarabağ qazisi Respublika Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyevin mandatının ləğv edilməsi üçün ölkə prezidenti İlham Əliyevə və Milli Məclisə müraciət ünvanlayıb”.
Bunu virtualaz.org saytına açıqlamasında Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firidun Məmmədov deyib.

F.Məmmədov bildirib ki, müraciəti 40 Qarabağ əlili imzalayıb: “Deputat Səttar Mehbalıyev Qarabağ əlillərinin yeganə qazanc mənbəyi olan obyektlərini ləğv etdi. O, şəxsi biznesi üçün əlil ailələrini güdaza verdi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən insanların balalarını ac qoydu. Səttar Mehbalıyev kimi insanların ucbatından torpaqlarımız uğrunda döyüşən insanlar mənəvi məhv edilir, həyatdan, yaşamaqdan bezirlər. Bu gün vətənpərvərliyin təbliğatı üçün gurultulu tədbirlər keçirilir. Amma döyüşən insanlara qarşı edilən haqsızlıqlar xüsusilə gənclərdə vətənpərvərlik hisslərini öldürür”.

Qeyd edəkki, Prezident Administrasiyasında əlillərin bu müraciətinə baxılacağını deyiblər.


Teqlər:





Xəbər lenti