Neftin və qızılın qiyməti 20% bahalaşdı
Sərmayəçilər Yaxın Şərqin digər ölkələrində də qeyri-sabitliyin başlayacağından narahatdırlar. Son 3 ayda Suriya və Misirdə gedən toqquşmalar neftin qiymətinin 20% yüksəlməsinə səbəb olub.
Suriyada hadisələr inkişaf edərsə, mütəxəssislər neftin qiymətindəki dəyişikliyin davam edəcəyini və 150 dollara qədər yüksələcəyini proqnozlaşdırır. Qeyd edək ki, Suriyadaki böhran dünya bazarında qızılın qiymətinin də 6.7 % bahalaşmasına səbəb olub.