ARDNŞ-in dövlət büdcəsinə ödənişləri artıb

 ARDNŞ-in dövlət büdcəsinə ödənişləri artıb
  13 Sentyabr 2013    Oxunub:1381
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin avqust ayında dövlət büdcəsinə 130 milyon 280 min manat vəsait ödəyib ki, bu da ötən ilin avqust ayına nisbətən 8 milyon 14 min manat və ya 106,6 faiz çox olub.
AzVision.az ARDNŞ-in rəsmi saytına istinadən xəbər verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 49 milyon 914 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 136 milyon 5 min manat və ya 114,9 faiz çox olub.

Bundan əlavə, cari ilin avqust ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 407 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2013-cü ilin yanvar-avqust aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 106 milyon 88 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-avqust aylarına nisbətən 1 milyon 166 min manat və ya 101,1 faiz çox olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti