Ucarda yol tikintisinə 4.7 milyon manat ayrılıb

Ucarda yol tikintisinə 4.7 milyon manat ayrılıb
  17 Sentyabr 2013    Oxunub:960
Azərbaycan prezidenti İlham Əliyev Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Türkəci-Ənvər Məmmədxanlı-Çiyni-Bərgüşad avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4.7 milyon (dörd milyon yeddi yüz min) manatı Ucar Rayon İcra Hakimiyyətinə ayrılıb.


Teqlər:





Xəbər lenti