Aİ Azərbaycan və Ermənistana dəstəyini gücləndirməyə hazırdır – Maqdalena Qrono

Aİ Azərbaycan və Ermənistana dəstəyini gücləndirməyə hazırdır –    Maqdalena Qrono
  12 Yanvar 2025    Oxunub:514
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində dəstəyini gücləndirməyə hazır olduğunu bildirir.
Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.

“Biz hər iki ölkənin rəhbərliyi və rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişaf etdirilməsinin ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndiririk. Aİ müxtəlif aspektlərə, o cümlədən davam edən ikitərəfli danışıqlara, humanitar məsələlərə və əlaqəyə diqqət yetirərək bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, - o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Maqdalena Qrono 2025-ci il yanvarın 7-dən 11-dək ilk rəsmi səfərini Azərbaycana, daha sonra isə Ermənistana edib.

Xatırladaq ki, Qrono 2024-cü ilin iyulunda Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. O, Toivo Klaarın yerinə keçib və 1 sentyabr 2024-cü il tarixindən 12 aylıq ilkin müddət üçün vəzifəsinin icrasına başlayıb.


Teqlər: Avropa-İttifaqı  





Xəbər lenti