Norveçdə İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqlar aparılacaq

   Norveçdə İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqlar aparılacaq
  13 Yanvar 2025    Oxunub:437
Norveçdə 80 ölkənin iştirakı ilə İsrail-Fələstin münaqişəsinin başa çatdırılması və Qəzzada "iki dövlətli həll yolu"nun müəyyənləşdirilməsi məqsədilə qlobal səviyyədə danışıqlar baş tutacaq.
Bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eyde bəyanat yayıb. O vurğulayıb ki, postmüharibə dövründə həm fələstinlilər, həm də israillilər üçün öz müqəddəratını təyin, təhlükəsizlik və ədalət çərçivəsində davamlı sülh zəmininin yaradılması vacibdir.

"İki dövlətli həll"ə böyük dəstək var, amma beynəlxalq ictimaiyyət bu prosesin həyata keçirilməsi üçün daha çox səy göstərməlidir", - nazir deyib.

Danışıqlarda iştirakı gözlənən şəxslər arasında Fələstinin Baş naziri Məhəmməd Mustafa, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) baş komissarı Filipp Lazzarini, eləcə də BMT-nin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi koordinatoru Tor Venneslandın adları var. İsrail tərəfindən isə kimin qoşulacağı hələlik açıqlanmayıb.

Firudin Həmidli
AzVision.az



Teqlər: Norveç   İsrail   Fələstin   münaqişə   həll  





Xəbər lenti