ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli missiyasının müşahidəçiləri Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatında olublar.
Təşkilatdan AzVision.az-a verilən məlumata görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli missiyasının müşahidəçiləri İqor KİZİMA və xanım Monika CİAMBONİNİ Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatında olublar. Onlar Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyevlə görüşüblər. 9 oktyabr 2013-cü il Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərərgahının fəaliyyəti ilə tanış olublar.