Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seymoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 09:09-da Zaqataladan 85 km şimal-qərbdə, Gürcüstan ərazisində zəlzələ baş verib. Zəlzələ respublikanın şimal-qərb bölgələrində hiss olunub.
Yerin 8 km dərinliyində baş verən zəlzələnin maqnitudası 5.8 bal təşkil edib.
AzVision.az