Erkin Qədirli Milli Şuranı məsxərəyə qoydu

Erkin Qədirli Milli Şuranı məsxərəyə qoydu
  17 Sentyabr 2013    Oxunub:1199
Respublikaçı Alternativ (REAL) Siyasi Hərəkatının məclis sədri Erkin Qədirli facebook profilində Milli Şuranın seçki şüarını məzmunsuz və uğursuz adlandırıb. Hətta şüara ironiya ilə yanaşıb.
`Çox uğursuz şüardır. Nə bəsdir? Hər şey hələ bundan sonra başlayasıdır. Qətiyyən pozitiv deyil. 3-cü müddət məsələsinə işarə olunursa, yenə də məzmunsuzdur.

Üstəlik, iqtidardakılar, bu sözün qarşısına bir "ə" hərfini əlavə etməklə - ƏBƏSDİR - yazmaqla, bu şüarın mesajını öldürə biləcəklər`.

AzVision.az


Teqlər:





Xəbər lenti