`Şahdəniz-2` müqaviləsi imzalandı

`Şahdəniz-2` müqaviləsi imzalandı
  20 Sentyabr 2013    Oxunub:2793
kondensat yatağının işlənməsi üzrə konsorsium sentyabrın 19-da Avropada Azərbaycan qazının alıcıları ilə müqavilələr imzalayıb.

Qazın alışı üzrə bu gün imzalanan uzunmüddətli müqavilələr 25 ilə hesablanıb.

"Şahdəniz" yatağının ("Şahdəniz-2" layihəsi) işlənməsinin ikinci mərhələsindən qazın alışına dair müqavilələr Bakıda Shell, Bulgar gas, Gas Natural Fenosa, E.ON, Gaz de France, DEPA, Hera, Enel və Aspo şirkətləri ilə imzalanıb.

"Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qaz iyunun sonunda Azərbaycan qazının Avropa bazarlarına nəqli marşrutu qismində seçilmiş "Trans-Adriatik" boru kəməri (TAP) layihəsi üçün əsas mənbədir.

TAP layihəsi qazın Xəzər regionundan Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, sonra Qərbi Avropaya nəql edilməsinə hesablanıb.

TAP boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr qaz təşkil edəcək.
Hazırda TAP-da pay bölgüsü aşağıdakı kimidir: BP (20 faiz), ARDNŞ (20 faiz), "Statoil" (20 faiz), "Fluxys" (16 faiz), "Total" (10 faiz), E.ON (9 faiz) və "Axpo" (5 faiz).

TAP-ın tikintisinə 2015-ci ildə başlanılması gözlənilir.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir.(Trend)


Teqlər:  





Xəbər lenti