Şenol Günəşin başını yaran azarkeş tutuldu - FOTO
Qeyd edək ki, matçın ikinci hissəsinin ilk dəqiqələri gərgin anlarla yadda qalıb. "Beşiktaş"ın ehtiyat qapıçısı Tolqa Zəngin onu təhqir etdikləri üçün "Fənərbaxça"lı azarkeşlərlə mübahisə edib. "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş futbolçunu sakitləşdirməyə çalışıb. Bu zaman azarkeşlər tribunadan yad əşyalar atıblar. Nəticədə baş məşqçinin başı yarılıb. O, ambulansa xəstəxanaya aparılıb. Ş.Günəşin başına 5 tikiş qoyulub. Baş hakim isə baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Beşiktaş Fənərbaxça Derbi