Cəmil Həsənlinin səs verdiyi məntəqədə gərginlik

Cəmil Həsənlinin səs verdiyi məntəqədə gərginlik
  09 Oktyabr 2013    Oxunub:1002
Milli Şuranın namizədi Cəmil Həsənli 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının 6 saylı məntəqəsində səs verib.

AzVision.az xəbər verir ki, C.Həsənlinin seçki məntəqəsində gərginlik yaşanıb. Bu mətbuat nümayəndələrinin çoxluğu, otaqda seçicilərin komissiya üzvlərinin sıxlığı ilə bağlı olub.

Məntəqə komisiyasının sədri Tahirə Vəliyevanın müdaxiləsindən sonra səsvermə prosesi qaydasına düşüb.

Qeyd edək ki, məntəqədə Kanada parlamentindən olan müşahidəçiləri seçki prosesini izləyib.

AzVision.az





Teqlər:  





Xəbər lenti