“Azərbaycan xalqı öz hakimiyyətini formalaşdırıb” - VİDEO
12 Oktyabr 2013
Oxunub:1085
Müstəqil jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayev ötən gün ANS telekanalının “Xəbərçi” xəbərlər proqramının qonağı olub. O, verilişdə Azərbaycanda seçkidən sonrakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.
E.Fətullayev müxalifətin gələcəkdə siyasi hakimiyyət uğrundakı mübarizəsinin şansları haqda danışıb. ATƏT-in seçki haqdakı hesabatına fikir bildirib. Hüquq müdafiəçisi siyasi vəziyyətin mümkün inkişaf ssenariləri barədəki mülahizələrini də televiziya tamaşaçıları ilə paylaşıb.