Füzuli Ələkbərov vətəndaşlarla görüşəcək
Qəbul zamanı bölgədə yerləşən rayonların (Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Goranboy, Naftalan) 70 nəfərdən artıq sakininin «Açıq qapı» şəraitində müraciətləri dinləniləcək. Bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, müvafiq tədbirlər görüləcək. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.
Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələr də müəyyən ediləcək.
Teqlər: