Korrupsiya ilə bağlı cinayət işləri üzrə vurulmuş ziyandan 50 milyon manat ödənilib

   Korrupsiya ilə bağlı cinayət işləri üzrə vurulmuş ziyandan 50 milyon manat ödənilib
  16 Yanvar 2025    Oxunub:288
Son bir ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 131 milyon 365 min 409 manat məbləğində maddi ziyandan 50 milyon 394 min 439 manatının, o cümlədən icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 19 milyon 726 min 167 manat məbləğində maddi ziyanın tam olaraq ödənilməsi təmin olunub.
AzVision.az xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Məlumata görə, zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 31 milyon 930 min 592 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunmuşdur.

Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

AzVision.az





Teqlər:





Xəbər lenti