İsrail Suriyanı bombaladı - (VİDEO)

İsrail Suriyanı bombaladı - (VİDEO)
  16 İyul 2018    Oxunub:2914
İsrail ordusunun hərbi hava qüvvələri Suriyanın Hələb şəhərində Bəşər Əsəd rejiminə məxsus Neyrab aviabazası yaxınlığındakı hərbi məntəqəyə raket zərbəsi endirib.
AzVision.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb. Bildirilib ki, bu gecə İsrail ordusu Neyrab aviabazasının şimalındakı hərbi məntəqəni bombalayıb. Lakin hərbçilər arasında heç bir itkinin olmadığı, sadəcə obyektə maddi ziyan dəydiyi qeyd olunub.



Qeyd olunub ki, İsrail Suriyanın cənubundakı Deraa və Kuneytra rayonlarında məğlub olan terrorçularına dəstək olmağı planlaşdırır. Hələbdəki Neyrab aviabazasında İran qüvvələrinin yerləşdiyi bildirilir. İsrail isə Dəməşqin yaydığı xəbərlə bağlı hələlik heç bir açıqlama verməyib.

Məlumatlara görə, son 3 ay ərzində İsrail Suriyanın Homs, Kuneytra, Deraa və Dəməşq ərazilərində Bəşər Əsədin hökumət qüvvələrinə və Suriyada İrana məxsus hərbi məntəqələrə hava zərbələri endirib.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsrail   Suriya  





Xəbər lenti