MSK nəticələri Konstitusiya Məhkəməsinə təqdim etdi
Məsələ ilə bağlı bu gün keçirilən iclasda MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilər nüfuzlu beynəlxalq qurumların nümayəndələri tərəfindən müşahidə olunub. KİV-lər seçkilərin gedişini operativ şəkildə ictimaiyyətə çatdırıb:
`Seçkilərin yekunları ilə bağlı rəylər onu deməyə əsas verir ki, seçkilər çox mütəşəkkil şəkildə keçirilib. Seçicilər maneəsiz olaraq məntəqələrə gəlib, 5192 məntəqədə veb kameralar quraşdırılıb, səsvermə prosesini yerli və beynəlxalq müşahidəçilər izləyib`.
Nihadə Eyyubova