Yunanıstanın Baş naziri Prezidentə zəng edib
Antonis Samaras prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Yunanıstanın Baş nazirinə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.