Təhsil Nazirliyi orta məktəbindəki qətllə bağlı açıqlama verib
`Hadisə şahidləri bildirib ki, qətl baş verməmişdən öncə Famil Gülüşov bir neçə adamla mübahisə edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Artıq təhsil naziri Mikayıl Cabbarov baş verən hadisə ilə əlaqədar məlumatlandırılıb. Hadisə ilə bağlı məlumatlar mətbuat vasitəsilə vətəndaşlara çatdırılacaq”.
Qeyd edək ki, bu gün saat 15:09 radələrində Bakının Nizami rayonu ərazisində orta məktəbin həyətində qətl baş verib. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən verilən məlumata görə, 10 saylı orta məktəbin həyətində 1990-cı il təvəllüdlü Famil Gülüşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları gəliblər. Hazırda hadisə yeri müayinə edilir. Qətlin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.
Nihadə Eyyubova