Allahverdi Pələngov amnistiyaya düşdü
“Atam hazırda evdədir. Onu 20 dəqiqə olar ki, evə gətirmişik. Sağlıq durumu yerindədir. Düzünü desək, onun buraxılacağını heç gözləmirdik. Çünki məhkəmə prosesini olacağını güman edirdik. Lakin o, gözlənilmədən azad edildi”- deyə K. Pələngov qeyd edib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan Allahverdi Pələngov sərhədi qanunsuz keçməkdə ittiham olunurdu.
Şahanə RƏHİMLİ