Meriya Milli Şuranı təkzib etdi
`Müraciət daxil olmayıbsa, biz necə cavab verə bilərik?! Bir az əvvəl Milli Şuranın nümayəndəsi ilə danışdım. Bildirdi ki, oktyabrın 14-də poçt vasitəsilə müraciət göndəriblər. Bakı Şəhər İcra Hakimiyyətindən müraciətin cavabını öyrənmək istəyirlər. Ancaq bizə heç bir müraciət daxil olmayıb`.
Qeyd edək ki, Milli Şura Bakı şəhərinin mərkəzində oktyabrın 20-də mitinq keçirməyi planlaşdırır.
Nihadə Eyyubova