Zeynalovun vəkili məhkəməyə müraciət edəcək

Zeynalovun vəkili məhkəməyə müraciət edəcək
  18 Oktyabr 2013    Oxunub:959
“Biz məhkəmənin qərarı ilə razı deyilik”
25 yaşlı Rusiya vətəndaşı Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinən azərbaycanlı Orxan Zeynalovun müdafiəçisi Moskvanın Presnensk məhkəməsinin onun həbs olunması haqqında çıxardığı hökmlə bağlı şikayət etmək niyyətindədir. Bu haqda Orxan Zeynalovun vəkili Viktor Anikuşkin “RAPSİ”-yə verdiyi müsaibəsində bildirib.

“Biz məhkəmənin Orxan Zeynalovun həbs olunması barəsində çıxardığı hökmlə razı deyilik və növbəti üç gün ərzində bu qərarı şikayət etmək niyyətindəyik”-deyə Anikuşkin bildirmişdir.

Qeyd edək ki, dünən Moskvanın Presnenski məhkəməsi Yeqor Şerbakovun qətlində günahlandırılan Orxan Zeynalov barəsində iki aylıq həbs olunması barədə qərar qəbul edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti